Özbəkistanın kun.uz portalı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə yayıb.
NUHÇIXAN xəbər verir ki, məqalədə Azərbaycanın Xarici İşlər Nazirliyinə istinadla bildirilir ki, Ermənistan bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə Azərbaycan hərbçilərini qətlə yetirən erməni əsgərlərini mükafatlandırır. Azərbaycan danışıqlar yolu ilə tezliklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində maraqlıdır. Danışıqların əsas məqsədi Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən çıxmasıdır. Ermənistan bu reallığı nə qədər tez anlasa, zəbt etdiyi Azərbaycan ərazilərindən nə qədər tez çıxsa, regionda bir o qədər tez sülh və inkişaf bərpa olar.
Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da məlumat verilir, Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğu bildirilir.