Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin saytında AZƏRTAC-ın xüsusi müxbirinin erməni təcavüzkarlığı barədə məqaləsi yayılıb

A- A A+

Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) rəsmi saytında “İki yüz illik erməni təcavüzkarlığının əsasları” sərlövhəli məqalə yayılıb.

NUHÇIXAN xəbər verir ki, AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtının müəllifi olduğu məqalədə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinin məqsəd və nəticələrindən, saxta “böyük Ermənistan” iddiasından bəhs olunur. Həmçinin erməni millətçi dairələrinin ayır-arı ölkələrdə törətdikləri mütəşəkkil cinayətlər tədqiqata cəlb olunub.

Müəllif elmi və rəsmi mənbələrə istinadla ümummilli lider Heydər Əliyevin tarixi xilaskarlıq missiyası, Ulu Öndərimizin saxta “erməni məsələsi”nin ifşa olunması istiqamətində qəbul etdiyi mühüm qərarlar və onların uğurlu nəticələri barədə türkdilli oxucuları məlumatlandırır. Həmçinin ermənilərin Azərbaycanda və Türkiyədə törətdiyi ağır cinayətlər, eləcə də Xocalı soyqırımı, Sumqayıt hadisələri, Naxçıvanın işğal edilməsi planları, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü barədə çoxsaylı faktlar tədqiqata cəlb olunub.

Qeyd edək ki, Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzi saxta “erməni məsələsi”nin araşdırılması ilə məşğul olan ixtisaslaşmış ən nüfuzlu təşkilatdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: