Türkiyə Prezidentinin baş müşaviri: Azərbaycan Xalq Cümhuriyyəti qürur yerimizdir

A- A A+

Azərbaycan Xalq Cümhuriyyəti qürur yerimiz, iftixarımız, yüksək dəyərlərlə tarix yaradan bir quruluşdur.

NUHÇIXAN xəbər verir ki, bu fikri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı AZƏRTAC-ın xüsusi müxbirinə açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

Birinci Dünya müharibəsi dövründə, Azərbaycan Xalq Cümhuriyyəti qurulan ərəfədə, eləcə də Cümhuriyyətimizin süqutundan sonra iki qardaş ölkə arasındakı münasibətləri xatırladan baş müşavir Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün görkəmli siyasi və dövlət xadimi Nəriman Nərimanovdan borc istəməsinə cavab olaraq N.Nərimanovun “Paşam, qardaş qardaşa borc verməz, əl tutar” ifadəsinin nəsillərə örnək olduğunu söyləyib. Yalçın Topçu deyib: “Azərbaycanın sürətlə inkişafı Türkiyənin gücünü daha da artırır. Mustafa Kamal Atatürkün dediyi kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpası və dinamik inkişafı Türkiyədə öz sevincimiz kimi qarşılanır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: