TRT HABER: Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlətçilik ənənələri ilə tarixə düşüb - FOTOLAR

A- A A+

Türkiyənin TRT HABER televiziya kanalı Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi ilə bağlı geniş reportaj yayıb.

NUHÇIXAN xəbər verir ki, reportaj Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, Qafqaz İslam Ordusunun rəşadəti, Osmanlı dövləti ilə Cümhuriyyət hökumətinin əlaqələri, Cümhuriyyətimizin süqutu, XX əsrin sonunda dövlət müstəqilliyimizin yenidən bərpası və suverenliyimizin Türkiyə tərəfindən tanınması, ölkəmizin sosial-iqtisadi inkişaf istiqamətləri barədə tamaşaçılara məlumat verilib.

Reportajda XX əsrin əvvəlində və sonunda xalqımızın milli azadlıq mübarizəsini, eləcə də Azərbaycanın müasir sosial-iqtisadi inkişafını, Bakının gözəlliyini, dövlətimizin həyata keçirdiyi iqtisadi layihələri əks etdirən kadrlar yer alıb.

Həmçinin reportajda bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Bakının İstiqlaliyyət küçəsində Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni milli bayram - Respublika Günü münasibətilə ziyarət etməsi barədə məlumat verilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: