Lüksemburqda keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) 28-ci illik sessiyasında Assambleyanın fəaliyyətdə olan Baş katibi Roberto Montella yeni müddətə həmin vəzifəyə seçilib.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti italiyalı siyasətçinin namizədliyini dəstəkləyib.
Bu dəqiqələrdə ATƏT Parlament Assambleyasının gündəliyinin bəndləri müzakirə olunur və təsdiq edilir.