Lüksemburqda keçirilən ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin iclasında sıxış edən rusiyalı deputat Aleksey Kornienko məruzəçi və sənədin müəllifi, Kiprdən olan deputat Kiriakos Hadjiyanninin təklif etdiyi qətnamə layihəsini tənqid edib. O, sənədin layihəsinə daxil edilmiş “erməni soyqırımı” maddəsini “yersiz” adlandırıb.
NUHÇIXAN xəbər verir ki, onun ardından çıxış edən türkiyəli deputat Kamil Aydın da bu maddənin əleyhinə çıxış edib. O, “soyqırımı” termininin 100 il əvvəl baş vermiş hadisələrə uyğun gəlmədiyini xatırladıb və onu layihədən çıxarmağı təklif edib.