Lüksemburqda, ATƏT-in Parlament Assambleyasının Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər üzrə Komitəsinin iclasında ermənistanlı deputat Ani Samsonyan bu yaxınlarda UEFA Kubokunun finalının Ermənistan tərəfindən siyasiləşdirilməsi cəhdini tamamilə yersiz nümunə gətirməklə, “idmanda insan hüquqları” məsələsini qaldırıb. Xatırladaq ki, Yerevanda işlənib hazırlanmış ssenariyə görə erməni mənşəli futbolçu Henrix Mxitaryan UEFA Kubokunun finalında iştirak etməkdən boyun qaçırıb.
NUHÇIXAN xəbər verir ki, deputat əsəbi şəkildə çıxış etdiyi üçün tədbirin moderatoru, İsveçrə nümayəndə heyətinin başçısı Marqaret Kiner Hellen erməni iştirakçısını reqlamentə hörmət etməyə çağırmalı olub. Kağızdan anlaşılmaz ingilis dilində oxunan bu dolaşıq çıxış, yəqin ki, yalnız erməni deputatın özünə aydın olub. Bu mövzu Ermənistan nümayəndə heyətinin üzvlərindən başqa zalda oturanların heç birində nəinki maraq oyatmayıb, hətta onlara aydın olmayıb.