Müdafiə Nazirliyi: ABŞ indiyədək Azərbaycana heç bir silah satmayıb

A- A A+

ABŞ konqresmeni Bred Şermanın Azərbaycana “Dağlıq Qarabağ hava məkanında mülki təyyarələri təhdid edə biləcək” ABŞ silahlarının satılmasına qadağa qoyulması məqsədilə qanunvericilik təşəbbüsü ilə çıxış etməsi məsələsinə NUHÇIXAN-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən münasibət bildiriblər.

Nazirliyin açıqlamasında qeyd edilib: “Bu cür təşəbbüslə çıxış etmək əslində təəccüb doğurur. Çünki ABŞ indiyədək ölkəmizə heç bir silah satmayıb. Bununla belə, Azərbaycan dünyanın qabaqcıl hərbi texnologiyalarına malik ölkələrindən kifayət qədər silah və döyüş vasitələri alır.
Hərbi Hava Qüvvələrimizin silahlanmasına daxil edilən müxtəlif tipli hava hücumundan müdafiə vasitələri hava məkanımızı tam qorumağa və təhdid yaranarsa, dərhal cavab tədbirləri görməyə qadirdir.

Bundan əlavə, konqresmen bilməlidir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və münaqişə bölgəsi olduğundan Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən mülki aviasiya vasitələrinin bu istiqamətdə uçuşlarına uzun müddətdir tam qadağa qoyulub”.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: