Türkiyədə keçiriləcək növbədənkənar seçkilərdə on partiya mübarizə aparacaq

A- A A+

Türkiyədə iyunun 24-də keçiriləcək növbədənkənar prezident və parlament seçkilərində 10 siyasi partiya mübarizə aparacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Ali Seçki Təşkilatı məlumat yayıb. Məlumatda bildirilir ki, Ədalət və İnkişaf Partiyası (AKP), Müstəqil Türkiyə Partiyası (BTP), Böyük Birlik Partiyası (BBP), Cümhuriyyət Xalq Partiyası (CHP), Demokrat Partiyası, Xalqların Demokratik Partiyası, İYİ Partiya, Millətçi Hərəkat Partiyası (MHP), Səadət Partiyası və Vətən Partiyasının seçkidə iştirak etmək hüququ rəsmən təsdiqlənib.

Yeni seçki qanununa görə prezidentliyə namizəd olacaq şəxslər deputat mandatı uğrunda mübarizə apara bilməzlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: