Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a verilən məlumata görə, 2019-cu ilin yanvar-iyun aylarında Naxçıvan şəhərində qərargah binasının tikintisi başa çatdırılmış, yeni qərargah binasının, hərbi zavodun və mərkəzi hərbi xəstəxananın ­tikintisi hazırda davam etdirilir. 

Babək rayonunda iki əsgəri-məişət kompleksi istifadəyə verilmiş, iki qərargah binasının, start komanda, yanacaqdoldurma, texniki qulluq, texnikaların yuyulması, texniki nəzarət, təmir və texniki xidmət məntəqələrinin, avtomobil dayanacağının tikintisi davam etdirilir.

Əlahiddə Ümumqoşun Ordunun yeni Səhra Təlim Mərkəzi istifadəyə verilmiş, Babək və Şahbuz rayonlarının hər birində üç anqarın tikintisi davam etdirilir.

Kəngərli rayonunda hərbi hissədə zabit-gizir ailələri üçün yeni yaşayış binası istifadəyə verilmişdir. 
Şərur rayonunda Daxili Qoşunların hərbi hissəsində infrastruktur obyektlərinin və 3 saylı Sərhəd dəstəsi binasının tikintisi davam etdirilir. 

Bununla yanaşı, cari ilin ötən dövründə Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilmişdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: