Aprelin 22-də Yerevanda keçirilən aksiyada iştirak edənlərdən 277 nəfər saxlanılıb.
NUHÇIXAN RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, ötən gün Yerevanda növbəti etiraz aksiyası keçirilib. Aksiyaçılar Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsinə təyin edilməsinə narazılıq edirlər. İndiyə qədər keçirilən aksiyalarda yüzlərlə etirazçı saxlanılıb. Saxlanılanlar arasında müxalifətçi deputat Nikol Paşinyan da var.