DSX: Düşmən snayperləri döyüş mövqelərimizdən arxa istiqamətdə hərəkətdə olan hərbi yük maşınını atəşə tutub
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) Ermənistan mətbuatının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində atəşkəs rejiminin pozulması barədə yaydığı məlumatlara münasibət bildirib.
DSX-nin mətbuat mərkəzindən NUHÇIXAN-a bildiriblər ki, düşmən təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı atəşkəs rejimini pozmaqla növbəti təxribat törədib. Düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqamətdə hərəkətdə olan “KamAZ” markalı hərbi yük maşını atəşə tutulub. Açılan güllələrdən biri avtomobilin ön şüşəsinə dəyib. Snayperin atəş nöqtəsi cavab atəşi ilə susdurulub.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttinin xidmət apardıqları sahəsində əməliyyat şəraitinə tam nəzarət edir.