Hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar yaradılan əməliyyat qərargahında Müdafiə Nazirliyinin, aidiyyəti dövlət qurumlarının və xidmətlərin nümayəndələrinin iştirakı ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu barədə NUHÇIXAN-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Hadisə ilə əlaqədar Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə cinayət işi başlanılıb.