DSX-nin sərhəd döyüş mövqelərinə qarşı düşmən təxribatları davam edir - FOTOLAR

A- A A+

Azərbaycan-Ermənistan dövlət sərhədinin təmas xəttində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

DSX-nin mətbuat mərkəzindən NUHÇIXAN-a bildiriblər ki, iyulun 28-də saat 22:00 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərəfindən növbəti dəfə atəşə tutulub.

Düşmən snayperləri tərəfindən açılmış güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan “UAZ” markalı avtomobilə dəyib.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: