“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında iştirak edəcək hərbçilərimizin bir qrupu Belarusa yola düşüb
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçiriləcək “Snayper həddi” müsabiqəsində iştirak etmək üçün Belarusa yola düşüblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, yarışlar avqustun 3-dən 17-dək keçiriləcək.