“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Moskvaya gələn Azərbaycanın hərbi aşpazları təlimat alaraq təhlükəsizlik və texniki vasitələrin istismarı qaydalarını öyrəniblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, hərbi aşpazlarımız qida məhsulları ilə işləməyə buraxılmaları üçün tibbi müayinədən keçiblər.
Avqustun 3-də Alabino poliqonunda dünyanın 10 ölkəsindən hərbi aşpazlar milli təamların hazırlanması üzrə ustalıqlarını nümayiş etdirəcəklər.
Hazırda hərbi aşpazlar “Səhra mətbəxi” müsabiqəsinə hazırlıqlarını davam etdirirlər.