Artilleriyaçılarımız “Artilleriya atəşinin ustaları” müsabiqəsində silah və hərbi texnikaya baxış keçiriblər - FOTOLAR

A- A A+

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxıstanda keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində istifadə ediləcək silah və texnikaya baxış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, silah və döyüş texnikası qəbul edildikdən sonra artilleriyaçılarımız müsabiqənin mərhələlərinin keçilməsi üsullarının məşqinə başlayıblar.

Püşkatmanın nəticələrinə əsasən birinci mərhələdə artilleriyaçılarımız Rusiya, Venesuela və Zimbabve komandaları ilə yarışacaqlar.

Müsabiqə avqustun 17-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: