“Dəniz Kuboku - 2019” müsabiqəsində iştirak edən ölkələrin hərbi dənizçiləri Xəzər dənizinin döyüş hazırlığı poliqonunda “Artilleriya atışlarının yerinə yetirilməsi üzrə yarış” mərhələsində “Üzən minaya artilleriya atışı” tapşırığını yerinə yetiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, bu mərhələdə gəmilər hərəkətdə olarkən artilleriya atəşi ilə mina hədəfinin məhv edilməsi tapşırığı uğurla həyata keçirilib. Atışlar 200 metr məsafədən icra olunub.
Beynəlxalq hakimlər briqadası gəmilərin vaxtında gəlməsi və hədəflərin məhv edilməsi üzrə qiymətləndirmə aparıblar. Qərara əsasən, Azərbaycan və Rusiya komandaları 40 balla birinci, Qazaxıstan 36 balla ikinci, İran komandası isə 18 balla üçüncü yerə layiq görülüb.