Fərarilik etmiş erməni hərbi qulluqçu təmas xəttində bölmələrimiz tərəfindən saxlanılıb - FOTOLAR
Avqustun 12-də səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviç bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, ilkin dindirilmə nəticəsində düşmən hərbiçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə hökm sürən özbaşınalıq, hərbi qulluqçulara qarşı dözülməz və qeyri-insani münasibət olduğu müəyyənləşib.
Erməni hərbi qulluqçu A.Kazaryanın uzun müddət ərzində komandirləri və digər hərbi qulluqçular tərəfindən dəfələrlə fiziki və mənəvi təzyiqlərə məruz qalması onun baş nahiyəsindəki hematomalar və bədənindəki yaralardan da aydın görünür.
Hazırda A.Kazaryana tibbi yardım göstərilir. Hadisənin araşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.