Gənc zabitlərlə təlim-metodiki toplantı keçirilib - FOTOLAR

A- A A+

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bu il bitirmiş, hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilərək xidmətini davam etdirən zabitlərlə təlim-metodiki toplantı keçirilib. Toplantıda əsas diqqət zabitlərin taktiki biliklərinin, qərar qəbuletmə bacarıqlarının artırılmasına, xidmətə düzgün istiqamətləndirilməsinə yönəldilib. Toplantı çərçivəsində Naxçıvan Muxtar Respublikasının gəzməli-görməli, tarixi-mədəni yerlərinə və muzeylərinə ekskursiyalar təşkil olunub. Həmçinin zabitlər Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində, ön xətdəki mövqelərində şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə tanış olublar.

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: