Naxçıvan Qarnizonu qoşunlarında taqım komandirləri ilə komandir hazırlığı məşğələləri keçirilib - VİDEO

A- A A+

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,  Naxçıvan Qarnizonu qoşunlarında taqım komandirləri ilə komandir hazırlığı məşğələləri keçirilib. Məşğələlərdə əsas məqsəd zabitlərin hərb sənəti üzrə biliklərinin, bölmələrin idarə edilməsi üzrə bacarıqlarının və komandir keyfiyyətlərinin təkmilləşdirilməsi olub. Məşğələlər zamanı taqım komandirlərinin ümumqoşun, ixtisas, fiziki və metodiki hazırlıq səviyyələri yoxlanılıb. Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində məşğələlərin yekun təhlili aparılan zaman bildirilib ki, məqbullar götürülərkən taqım komandirləri yüksək nəticə göstəriblər.   

 

Nəriman  Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: