Azərbaycan ilə Gürcüstan arasında Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub
Avqustun 19-da Azərbaycan Respublikası ilə Gürcüstan arasında Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, tərəflər delimitasiya prosesinin gedişatını müzakirə edib və razılaşdırılmamış sahələrlə bağlı öz mövqelərini ifadə ediblər. Görüləcək sahə işləri, razılaşdırılmamış sahələrdə birgə ölçmə işlərinin aparılması və həmin yerlərə baxış keçirilməsi nəzərdə tutulub.
Avqustun 19-23-də ekspertlər ayrı-ayrı sahələrə birgə baxış keçirəcəklər və gələcək mərhələdə qalan digər razılaşdırılmamış sahələrə də baxış keçirilməsi planlaşdırılır.