MDB Dövlət Başçıları Şurasının iclası oktyabrda Aşqabadda keçiriləcək

A- A A+

MDB Dövlət Başçıları Şurasının iclasının cari il oktyabrın 11-də Aşqabadda keçirilməsi planlaşdırılır.

NUHÇIXAN xəbər verir ki, Türkmənistan Xarici İşlər Nazirliyində MDB İcraiyyə Komitəsi sədrinin müavini Sergey İvanov ilə görüş keçirilib. Görüşdə bu il Türkmənistanın MDB-yə sədrliyi çərçivəsində keçiriləcək tədbirlərə hazırlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Türkmənistanın sədrliyi dövründə MDB ilə beynəlxalq təşkilatlar arasında əlaqələrin səviyyəsinin yüksəldilməsi, ticari-iqtisadi əməkdaşlığın və dünya iqtisadi münasibətlərin genişləndirilməsi məsələləri prioritet kimi müəyyənləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: