Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib - VİDEO

A- A A+

Azərbaycan Respublikası Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına uyğun olaraq, ümumqoşun birliklərinin hava hücumundan müdafiə vasitələri döyüş atışlarını yerinə yetirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, təlim məşqləri zamanı hərəkətdə olan müxtəlif parametrli hədəflər döyüş heyətləri tərəfindən aşkarlanaraq məhv edilib. Qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən şəxsi heyətin biliyi, bacarığı və praktiki vərdişləri yüksək qiymətləndirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: