Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı istehkamçı” və “Ən yaxşı istehkamçı-kəşfiyyatçı” adı uğrunda yarış keçirilib - VİDEO

A- A A+

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı istehkamçı” və “Ən yaxşı istehkamçı-kəşfiyyatçı” adı uğrunda yarış keçirilib. Yarışa cəlb olunan mühəndis silahlanma vasitələrinə baxıldıqdan sonra əsgərlərə təhlükəsizlik qaydaları, yarışın məqsəd və mahiyyəti çatdırılıb. Yarışda mühəndis-istehkam ixtisaslı əsgərlər piyada əleyhinə fuqas tipli və piyada əleyhinə idarəolunan tək minanın qurulması, ağac konstruksiyalı elementin hesabatının aparılaraq partladılması üsullarını praktiki yerinə yetiriblər. Praktiki hissədən sonra yarış iştirakçılarının nəzəri bilikləri test üsulu ilə yoxlanılıb. Sonda qaliblər Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.

 

Nəriman  Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: