Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib - FOTOLAR

A- A A+

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən, hərbi birliyin birləşmə və hərbi hissələrinin tabor komandirləri və onların müavinləri ilə təlim-metodiki toplantı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, toplantıda hərbi qulluqçuların döyüş hazırlığı üzrə nəzəri bilikləri, praktiki vərdişləri, sürücülük və atəş bacarıqları yoxlanılıb. Toplantının praktiki hissəsində gecə şəraitində keçirilən döyüş atışlı təlim zamanı tabor komandirləri və onların müavinləri bölmələrin və atəşin idarə olunması üzrə tapşırıqları icra ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: