Batumiyə yollanan Ermənistan vətəndaşları yol qəzasında ölüblər

A- A A+

Batumiyə yollanan Ermənistan vətəndaşları yol qəzasında ölüblər. NUHÇIXAN SHANTNEWS.am portalına istinadla xəbər verir ki, insident Tbilisi şəhərinin yaxınlığında baş verib. Yerevan-Batumi reysini yerinə yetirən sərnişin mikroavtobusunun “Ford TRANZIT” markalı yük maşını ilə toqquşması nəticəsində ən azı iki Ermənistan vətəndaşı ölüb, daha 19-u yaralanıb. Yaralılardan üçünün də vəziyyətinin ağır olduğu bildirilir. Polisin məlumatına görə, ölənlərin ikisi də qadındır.

Ağır yol-nəqliyyat qəzası ilə bağlı Gürcüstan polisi təhqiqat aparır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: