Naxçıvan Qarnizonu Qoşunlarında snayperlərin toplantısı keçirildi - VİDEO

A- A A+

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən Naxçıvan Qarnizonu Qoşunlarında snayperlərin toplantısı keçirilib. Toplantıda əsas məqsəd  kəskin relyef və iqlim şəraitinə malik olan Naxçıvan ərazisində fəaliyyət göstərmək üçün şəxsi heyətə yüksək dözümlülük, təmkinlik, fiziki hazırlıq kimi xüsusiyyətlərin aşılanması olub. Toplantının sonunda “Ən mükəmməl snayper” adı uğrunda yarış keçirilib, snayperlərin müxtəlif üsullarla maskalanmaq, saatlarla müşahidə aparmaq bacarıqları yoxlanılıb, snayper tüfənglərindən müxtəlif məsafələrdə yerləşən hədəflərə atışlar icra edilib.

 

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: