Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimləri sentyabrın 3-də də davam edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, təlimlərdə aviasiya qüvvələrinə məxsus Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və ATAK/AH-1W helikopterləri iştirak edir.