Nikol Paşinyanın Dağlıq Qarabağ və onun statusu ilə bağlı mövqeyi təxribatçıdır və müasir reallıqlara cavab vermir. NUHÇIXAN xəbər verir ki,bunu rusiyalı teleaparıcı, siyasi ekspert Yevgeni Mixaylov Qarabağda cinayətkar rejimin qeyd etdiyi qondarma “müstəqillik günü” ilə əlaqədar bildirib.
Ekspertin fikrincə, qondarma “müstəqillik günü”nün qeyd olunması Azərbaycanla Ermənistan arasında onsuz da minimal səviyyədə olan dövlətlərarası münasibətlərin daha da kəskinləşməsi üçün səbəbdir: “Hesab edirəm ki, Paşinyan Rusiyanın birbaşa milli maraqlarının olduğu Suriyada və Yaxın Şərqdə mürəkkəb vəziyyətdən istifadə edərək, qəsdən vəziyyəti kəskinləşdirir. Bununla da erməni baş nazir digər problemlərlə məşğul olan güclü dövlətlərin diqqətindən yayınmaq və öz siyasi problemlərini dərhal həll etmək istəyir. Amma bu, böyük yanılmadır. Çünki Moskva anlayır ki, Bakı güclü regional iştirakçı və müttəfiqdir və yeni erməni siyasətçilər Rusiyanın xeyirxahlığından yararlanmamalıdır”.
Ekspert bildirib ki, Yerevanın manevr etməyə çox vaxtı qalmayıb, çünki o, Moskvanın dəstəyini itirə bilər: “İndiki reallıqda Rusiya Azərbaycana öz ərazi problemlərini həll etməyə imkan verə bilər”.