Bəxtiyar Əsgərov rəsmi qəbulda iştirak edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, İndoneziyanın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin 74-cü ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib.Bu ölkənin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri Dr.Hüsnan Bəy Fənanie və xanımının dəvətilə Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov tədbirdə iştirak edib. Səfir Hüsnan Bəy Fənanie Naxçıvan Muxtar Respublikası ilə əlaqələrindən məmnun olduğunu və bunun üçün muxtar respublika rəhbərliyinə minnətdarlığını bildirib.