ABŞ-ın ölkəmizdəki səfirliyinin nümayəndələri Naxçıvanda səfərdədir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin iqtisadi əməkdaşlıq şöbəsinin nümayəndələri Piter Kaufman və Yusif Abbasov Naxçıvan Muxtar Respublikasına səfərləri çərçivəsində Biznes Mərkəzi və bir sıra mədəniyyət obyektləri ilə tanış olublar.

Qonaqlar əvvəlcə Heydər Əliyev Muzeyini ziyarət ediblər. Burada diqqətə çatdırılıb ki, Azərbaycan və Amerika Birləşmiş Ştatları  arasında əlaqələr dahi rəhbər Heydər Əliyevin səyi nəticəsində yüksək mərhələyə çatıb. 

Sonra Naxçıvan Biznes Mərkəzi ilə tanışlıq zamanı qonaqlara muxtar respublikanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verilib.

Piter Kaufman və Yusif Abbasov həmçinin Naxçıvan Dövlət Xalça Muzeyində, Xan Sarayı Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində və "Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar.

Qonaqlar  kompleksin yaxınlığında yerləşən Nuh Peyğəmbərin məzarüstü türbəsini də ziyarət ediblər.

                                                                                  Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: