ATƏT PA-nın sədri: Ermənistanın baş nazirinin Dağlıq Qarabağla bağlı səsləndirdiyi bəyanat danışıqlar prosesinin gedişinə zərbə vurur

A- A A+

Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ ilə bağlı səsləndirdiyi bəyanat münaqişənin nizamlanmasına və danışıqlar prosesinin gedişinə zərbə vurur.

NUHÇIXAN xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ATƏT PA-nın sədri Giorgi Tsereteli söyləyib.

ATƏT PA-nın sədri deyib: “Düşünürəm ki, münaqişənin həllinə nail olmaq məqsədi daşımayan və ölkələr arasındakı müzakirələrə töhfə verməkdən uzaq olan bu cür bəyanatların səsləndirilməsi hər zaman sülh prosesinə zərbə vurur. ATƏT məkanında, Cənubi Qafqazda mövcud olan Dağlıq Qarabağ münaqişəsi bütün dünyanın, eləcə də bizim təşkilatımızın diqqət mərkəzindədir. Biz daha çox konstruktiv bəyanatlar eşitmək istəyirik və konkret addımlar gözləyirik".

Onun sözlərinə görə, münaqişənin ədalətli həllinə nail olmaq üçün fikir ayrılıqlarını və fərqli düşüncələri bir araya gətirib ortaq dil tapmaq lazımdır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yalnız beynəlxalq hüquq çərçivəsində nail olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: