Hərbi qulluqçularımız “Saber Junction - 19” təlimində iştirak edir - FOTOLAR

A- A A+

Azərbaycan Ordusunun hərbi qulluqçuları Almaniya Federativ Respublikasının “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edirlər.

Müdafiə Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, hərbi təlimdə fəaliyyətlərlə bağlı tapşırıqlar dəqiqləşdirilir və təlimin şəxsi heyətinin təlimatlandırılması icra olunur.

Qeyd edək ki, təlimə Azərbaycan Ordusunun nümayəndələri ilə yanaşı, NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: