Hərbi rəhbərlərlə növbətitəlim toplantısı keçirilib - VİDEO

A- A A+

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən hərbi rəhbərlərlə növbətitəlim toplantısı keçirilib. Toplantı zamanı hərbi rəhbərlərin sıra hazırlığı yoxlanılıb, kütləvi qırğın silahlarından mühafizə vasitələrinin istifadəsi vəmüxtəlif təyinatlı silahların natamam sökülüb yığılması üzrə normativlər yerinə yetirilib, tibbi və fiziki hazırlıqdan məşğələlər keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən dərslərdə bildirilib ki, gələcəyin əsgərləri olacaq şagirdlərdə hərb sənətinə maraq yaratmaq, gəncləri hərbi xidmətə hazırlamaq üçün muxtar respublikanın bütün tam orta məktəblərində şərait yaradılıb. Buna görə də hərbi rəhbərlər şagirdlərinən azı gənc əsgər səviyyəsində yetişdirilməsinə xüsusi diqqət yetirməlidirlər. Nəzəri dərslərdən sonra hərbi-vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib.

Təlim mərkəzində müxtəlif silahların təyinatı, taktiki-texniki xüsusiyyətləri ilə tanış olan hərbi rəhbərlər praktiki atışlara cəlb ediliblər.Sonra psixoloji zolağın dəf edilməsi praktiki olaraq toplantı iştirakçılarına göstərilib.

Əlahiddə Ümumqoşun Ordunun, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən 3 günlük təlim toplantısına Təlim-Tədris Mərkəzində yekun vurulub. Yekun tədbirində toplantının nəticələri, hərbi rəhbərlərin bilik və bacarıq səviyyələri müzakirə edilib. Tədbirdə çıxış edənlər hərbi rəhbərlərin peşəkarlıqlarınınartırılmasının bundan sonra da diqqət mərkəzində saxlanılacağını bildiriblər. Çıxışlar zamanı o da vurğulanıb ki, hərbi rəhbərlər ilk olaraq özləri şagirdlərə nümunə olmalıdırlar. Çünki, məktəblilər hərbi xidmət və Ordumuz haqqında düşünərkən ilk ağıllarına gələn məktəbin hərbi rəhbəri olur. Buna görə də hərbi rəhbərlərin özləri də davranışlarına, üstlərində daşıdıqları hərbi geyimə münasibətə və peşəkarlıqlarınınartırılmasına ciddi yanaşmalıdırlar.

Sonda hərbi rəhbərləri maraqlandıran suallar cavablandırılıb.

 

                                                                           Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: