Təlim zamanı ərazinin kəşfi aparılıb - FOTOLAR

A- A A+

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov genişmiqyaslı təlimlərin komanda müşahidə məntəqələrindən birində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, qoşun növü və qisimlərinin komandanları, hərbi birlik və birləşmə komandirləri, eləcə də digər vəzifəli şəxslərin məruzələri dinlənildikdən sonra ərazidə qüvvə və vasitələrin tətbiqi üzrə müvafiq tapşırıqlar dəqiqləşdirilib.

Ərazinin kəşfi digər təlim nöqtələrində də aparılıb.

Müdafiə naziri səhra şəraitində ərazidə yaradılmış məntəqələr və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkib və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq tapşırıqlar verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: