Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Latviyaya səfəri zamanı keçirilən görüşlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də müzakirələr aparılıb.
NUHÇIXAN xəbər verir ki, münaqişə ilə bağlı aparılmış müzakirələr zamanı Latviyanın Xarici İşlər naziri Edqar Rinkeviçs ölkəsinin bu məsələdə mövqeyinin dəyişmədiyini vurğulayıb. O, münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında, sülh yolu ilə həllini dəstəklədiyini ermənistanlı həmkarının diqqətinə çatdırıb.