Hindistan səfiri Batabatda - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, iyunun 3-də Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyyətli səfiri Sanjay Rananın Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əshabi-Kəhf ziyarətgahında və Batabat iqlim kurort zonasında olub. Qonaq Batabat yaylağındakı göllərlə yaxından maraqlanıb. Daha sonra Ağbulaq istirahət mərkəzində olub.
Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyyətli səfiri Sanjay Rananın Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.Qonaq muxtar respublikadan zəngin təəssüratlarla ayrılıb.
Turab Hacızadə