Xarici İşlər naziri Elmar Məmmədyarovun Nyu Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə Həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib.