BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları hələ də Ermənistanın işğalı altındadır.
NUHÇIXAN xəbər verir ki, bu fikri BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Azərbaycan torpaqlarının işğal altında saxlanılması qəbuledilməzdir”, - deyə Prezident vurğulayıb. Qeyd edib ki, Cənubi Qafqaz dünyanın problemli bölgələri sırasından çıxarılmalıdır.