Qazaxıstanın paytaxtı Nur-Sultanda “Böyük Avrasiya: Dialoq. Etimad. Tərəfdaşlıq” mövzusunda keçirilən Avrasiya ölkələri parlament sədrlərinin IV konfransı başa çatıb.
NUHÇIXAN xəbər verir ki, konfransın yekunu olaraq Nur-Sultan bəyannaməsi qəbul edildi. Avrasiya ölkələri parlament sədrlərinin növbəti görüşünün 2020-ci ilin ikinci rübündə İndoneziyanın Bali adasında keçiriləcəyi qərara alınıb.