Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur
Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-ın sorğusuna cavab olaraq bildiriblər ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur.
Təqdim edilən fotodakı PUA-nın hazırda işğal olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələrinin keçirdiyi təlimlərdə “şərti düşmən” hədəfi kimi istifadə edilən kobud formada hazırlanmış maket olduğu istisna edilmir.