Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin məzarı üzərində “Dəmir abidə” ucaldılıb - FOTOLAR

A- A A+

Türkiyənin 9-cu Prezidenti, görkəmli siyasi və dövlət xadimi, Azərbaycanın yaxın dostu Süleyman Dəmirəlin məzarı üstündə “Dəmir abidə” ucaldılıb. Abidənin adı mərhum prezidentin soyadından götürülüb.

NUHÇIXAN xəbər verir ki, abidənin hündürlüyü 30 metrdir. Məzarın yerləşdiyi geniş ərazidə Süleyman Dəmirəlin 9-cu prezident olması şərəfinə 9 süni göl yaradılıb. Burada geniş yaşıllıq salınıb, abadlıq işləri aparılıb.

Ümummilli lider Heydər Əliyevin ən yaxın dostları sırasında yer alan Süleyman Dəmirəl hər zaman Azərbaycana tükənməz sevgi bəsləyib. Ulu öndər Heydər Əliyevlə mərhum Prezident Süleyman Dəmirəlin birlikdə qəbul etdikləri tarixi qərarlar ölkələrimizin buğunu və gələcəyi üçün tarixi əhəmiyyətə malikdir. Buna görə də Azərbaycan və Türkiyə xalqları hər iki böyük şəxsiyyəti ehtiramla anır.

2014-cü ildə İsparta vilayətinin İslamköy kəndində Türkiyənin doqquzuncu Prezidentinin həyat və fəaliyyətini əks etdirən “Süleyman Dəmirəl Demokratiya və İnkişaf Muzey Kompleksi” yaradılıb. Həmin kompleksin və yeni açılışı olan “Dəmir abidə”nin memarı mərhum prezidentin qardaşı Şövkət Dəmirəldir. Süleyman Dəmirəl Vəqfi tərəfindən Dəmirəllər ailəsinin ata-baba mülkü olan torpaq sahəsində qurulmuş muzey kompleksi 16 min kvadratmetr ərazini əhatə edir. Kompleksdəki binaların inşasında Səlcuqlar və Osmanlı dövrünün memarlıq üslubundan istifadə olunub.

Azərbaycan tərəfi İspartada Süleyman Dəmirəllə bağlı təşkil olunan bütün tədbirlərdə yaxından iştirak edir. “Süleyman Dəmirəl Demokratiya və İnkişaf Muzey Kompleksi”ndə Azərbaycanla bağlı nümunələr, o cümlədən ümummilli lider Heydər Əliyevlə Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin dostluq və qardaşlıq münasibətlərini əks etdirən nadir kitablar, fotolar və portretlər hər zaman ziyarətçilər tərəfindən maraqla qarşılanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: