Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası sentyabrın 30-da öz işinə başlayıb.
NUHÇIXAN xəbər verir ki, sessiyanın açılışındakı çıxışında AŞPA-nın prezidenti xanım Lilian Mori Paskie mərhum Prezident Jak Şirakın Avropa Şurası ilə münasibətlərindən danışıb.
Sessiyanın ilk günüdə Assambleyanın İspaniya üzrə vitse-prezidenti seçiləcək. Komissiyaların tərkibində dəyişikliklər ediləcək. Büro və Daimi Komissiyanın hesabatı dinləniləcək.
Sessiyanın ikinci günü Fransa Prezidenti Emmanüel Makronun çıxışı gözlənilir. Sonra Avropa Şurasının 70 illiyi qeyd ediləcək.
Qurumun komissiya iclaslarında baxılmış hesabatlar dinləniləcək. Avropada əmək miqrasiyası və onun ölkələrdə sosial demoqrafik inkişafa təsiri müzakirə olunacaq.