Türkiyə XİN: Türk dövlətləri Avrasiyada sülh, sabitlik və rifaha töhfələr verərək irəliləyirlər

A- A A+

NUHÇIXAN xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi 2009-cu ildə Azərbaycanda təsis edilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) əsasını qoyan Naxçıvan Sazişinin 10-cu ildönümü ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, sözügedən Saziş əsasında 3 oktyabr tarixi Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd olunur. Vurğulanır ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçiriləcək VII Zirvə Görüşündə Özbəkistan tərəfinin təşkilatın bərabərhüquqlu üzvü kimi iştirak etməsini, eləcə də Türk Şurasının Budapeştdə ofisinin açılmasını məmnuniyyətlə qarşılayırıq. Türk Şurası ötən dövrdə sürətlə təşkilatlanıb, eləcə də Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası və Türk Biznes Şurası kimi qurumların fəaliyyəti sayəsində üzv ölkələr arasında əlaqələr sürətlə genişlənib. Dost və qardaş türk dövlətlərinin dil, tarix və mədəniyyətindən güc alan Türk Şurası Avrasiyada sülh, sabitlik və rifaha önəmli töhfələr verərək irəliləyirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: