Qriboyedovun yazdığı tarixi məktublar Türkiyə portalında

A- A A+

NUHÇIXAN-ın məlumatına görə, Türkiyənin “Asasmedia” internet portalında jurnalist Sahil Tahirlinin “İki məktub-ermənilərin İğdır, Naxçıvan bölgəsinə yerləşdirilməsi” başlıqlı məqaləsi yayımlanıb. Yazıda bildirilir ki  Naxçıvan mədəniyyət və  tarixinin öyrənilməsi Azərbaycan tarixinə çox önəmli töhfədir.  Əsaslı tədqiqatların nəticəsi olaraq, tutarlı faktlarla hazırlanan və nəşr olunan kitablar, monoqrafiyalar bu yerin tarixi haqqında dəqiq məlumatlar verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun təşəbbüsü və rəhbərliyi ilə tarixi faktlar, xəritələr, fotolar və digər məlumatların əsasında hazırlanan bu nəşrlər sadəcə Azərbaycan tarixinin araşdırılmasında mühüm mənbə kimi qalmır, eyni zamanda tariximizi təhrif etməyə çalışan ermənilərə ən tutarlı cavabdır.

Yazıda həmçinin, publisist-politoloq Reyhan Mirzəzadənin "A.S. Qriboyedov: Şair-diplomat "kitabından ermənilərin Naxçıvana zorla köçürülməsi ilə bağlı faktlar da təqdim edilib. Qriboyedovun Rusiya çarına və Qafqaz qoşunları komandanı Paskeviçəyazıdğı iki məktubun mətni də verilib.

Yazının tam mətnini  bu link vasitəsilə oxumaq olar:

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: