AZƏRTAC-ın xüsusi müxbirinin Ukrayna portalında “Qarabağ Azərbaycandır və nida işarəsi” sərlövhəli məqaləsi dərc edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Ukrayna portalında (https://everyday.in.ua/?p=17998) Azərbaycan Prezidenti İlham Əliyevin Soçi səfərinin yekunlarına dair “Qarabağ Azərbaycandır və nida işarəsi” sərlövhəli məqaləsi dərc edilib.

Yazıda müəllif əsas diqqəti Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair söylədiyi fikirlərə yönəldib. Məqalədə Ermənistanın baş naziri N.Paşinyana tutarlı cavab olaraq “Qarabağ Azərbaycandır və nida işarəsi” fikrinin Prezident İlham Əliyevin xarici siyasətinin növbəti uğuru kimi qeyd edilir. Bildirilir ki, dövlətimizin başçısı bununla Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın dəyişməz mövqeyini bir daha nümayiş etdirdi.

Yazıda, həmçinin vurğulanır ki, Prezident İlham Əliyevin bu çıxışından sonra Gənclər və İdman Nazirliyi tərəfindən “Qarabağ Azərbaycandır və nida işarəsi” beynəlxalq gənclər kampaniyasına başlanılıb. Sosial şəbəkələrdə #Karabakh #AllForKarabakh и #KarabakhIsAzerbaijan həşteqləri ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər yazılacaq. Bununla da dünya ictimaiyyətinin fikri bu münaqişənin ədalətli həllinə yönəldiləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: