Ermənistanda “Əliyevin Paşinyana tutarlı cavabı” sərlövhəli məqalə dərc etdirən jurnalist təqib olunur

A- A A+

Ermənistanda “Əliyevin Paşinyana tutarlı cavabı” sərlövhəli məqaləni dərc etdirən “Aeli” (“Ayna”) saytının baş redaktoru Anjela Tovmasyanın ofisinə basqın olub.

Bu yaxınlarda baş nazir Nikol Paşinyanın tərəfdarlarının parlamentdə istefasına səs verdikləri Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyanın jurnalist bacısı Anjela Tovmasyan hökumətdən bu məqaləyə və qardaşının mövqeyinə görə təqiblərə son qoyulmasını tələb edib. O əlavə edib ki, baş nazirin tərəfdarlarının onu “Qarabağ əleyhinə” fəaliyyətdə ittiham etmələri də gülüncdür. Jurnalist qadının ofisinə basqın edənlər məqaləni dərc etmiş Hayeli.am qəzetinin də bağlanılmasını tələb ediblər.

NUHÇIXAN erməni KİV-nə istinadla xəbər verir ki, “Aeli” (“Ayna”) saytının baş redaktoru və eyniadlı mətbuat klubunun rəhbəri olan Anjela Tovmasyan jurnalistlərə özünün Yerevanın mərkəzindəki ofisinə basqın təşkil edildiyini və bu insidentin onu və qardaşını qorxutmaq məqsədi daşıdığını bildirib. O qeyd edib ki, hakimiyyətin öyrətdiyi dörd nəfər binanın şüşələrinə yumurta atıb və divarlara plakatlar yapışdırıblar. Bu iyrənc hərəkətləri həmin binada yerləşən “Qraparak” qəzetinin müxbiri videoya çəkib.

Jurnalist qadın deyib ki, ofisə basqın edilməsi onun jurnalist fəaliyyəti və qardaşının hakimiyyətin qanunsuz qərarlarına etiraz etməsi ilə əlaqədardır. Onun sözlərinə görə, Paşinyanın tərəfdarları bir neçə dəfə onun ailəsinə və özünə xəbərdarlıq mesajları göndəriblər. A.Tovmasyan insidenti törədənlərin cəzalandırılmasını tələb edib.

Xatırladaq ki, Paşinyanın “Mənim addımım” parlament fraksiyası Konstitusiya Məhkəməsi sədrinin səlahiyyətlərinə xitam verilməsi barədə səsvermə keçirib və qərarı təsdiq edilməsi üçün məhkəməni üzvlərinə göndərib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: