Heydər Əliyev adına Hərbi Liseydə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib - FOTOLAR

A- A A+

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə Hərbi Liseyin rəisi, general-mayor Məhəmməd Həsənov muxtar respublikada təhsil sahəsinə göstərilən diqqət və qayğıdan, müəllim əməyinə verilən yüksək qiymətdən, liseydə yaradılan müasir tədris şəraitindən danışıb.

Çıxışlar zamanı bildirilib ki, vətənpərvər və intellektli gənclər yetişdirən müəllimlərin əməyi hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Hazırda Heydər Əliyev adına Hərbi Liseydə çalışan müəllimlərdən 1 nəfəri Azərbaycan Respublikasının, 2 nəfəri Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, 1 müəllim “Tərəqqi” medalı, 2 müəllim isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub. Hərbi liseydə fəaliyyət göstərən pedaqoji kollektivin vətənpərvərliyinin və peşəkarlığının nəticəsidir ki, kursantların təhsilində, tərbiyəsində və intizamında uğurlar qazanılıb.

Sonda təhsildə fərqlənən müəllim və kursantlara Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən fəxri fərman və hədiyyələr təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: