Milli Məclis Əli Əsədovun Azərbaycan Respublikasının Baş Naziri təyin edilməsinə razılıq verilməsi haqqında qərar verib.
NUHÇIXAN-ın məlumatına görə, qərarda deyilir ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Əli Hidayət oğlu Əsədovun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verib.